Slimfit
  1. AZƏRBAYCAN

Erməni nazir çətin suallar qarşısında aciz qaldı

Erməni nazir çətin suallar qarşısında aciz qaldı
Sakura

Erməni nazir çətin suallar qarşısında aciz qaldı

21-22 oktyabr 2019-cu il tarixlərində Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan BBC telekanalının "Hard Talk" verilişində iştirak edib. BBC-də mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrindən olan siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar. Z.Mnatsakanyan da bu cür suallar qarşısında çıxılmaz və çaşqın vəziyyətdə qalıb.

Trend-in məlumatına görə, verilişin aparıcısı Stefen Sakur Ermənistanı "strateji əhəmiyyətli kiçik dövlət" adlandırıb və verilişin əsas mövzusunu "siyasi mənada Ermənistan Qərb, yoxsa Şərqə baxır?" formasında qoyub.

İlk suallar Ermənistanda ötən il baş verən "Məxməri inqilab"la əlaqədar olub. Aparıcı hazırkı Ermənistan hökumətinin tamamilə yeni Ermənistan üzrə çalışdığını iddia etməsinə baxmayaraq, skeptiklərin isə bunun əksinə heç bir dəyişikliyin baş vermədiyini deməsinə istinad edərək bu barədə Z.Mnatsakanyanın fikirlərini soruşub. Çətin vəziyyətdə qalan Ermənistan xarici işlər naziri "dəridən- qabıqdan çıxaraq" aparıcını inandırmağa çalışıb ki, guya dəyişikliklər edilməsi və ölkədə korrupsiyanın tamamilə ləğv edilməsi üzrə siyasi iradə mövcuddur, lakin institutsional təcrübənin qurulması vaxt aparan amildir.

Daxili siyasət məsələlərində gözlənilən dəyişikliyin baş verməməsi ilə bağlı suallardan sonra S.Sakur Ermənistan xarici işlər nazirinə Dağlıq Qarabağ məsələsində də dəyişikliklərin gözlənilən olduğunu, lakin Ermənistan hökumətinin münaqişəyə münasibətdə yeni təsəvvür ortaya qoymadığını deyib.

Z.Mnatsakanyan çaşqınlıqla cavab verib ki, Ermənistan xarici siyasəti dəyişməz olaraq qalır və bu, Ermənistan daxilində milli təhlükəsizliyin arxitekturasının təmin edilməsinə yönəlib. Guya Ermənistan sülhün faydalarını başa düşür, sülh istəyir.

Daha sonra aparıcı həmsöhbətinin "Ermənistan sülh istəyir" fikrinə cavab olaraq Paşinyanın avqust ayındakı müvafiq bəyanatına toxunub və bunun həqiqətənmi sülh istəmək mənasına gəldiyini soruşub ("In August, your Prime Minister made a very high-profile statement where he declared in no uncertain way that Karabakh is Armenia. Period. And he wants peace?").

Suala cavab olaraq Z.Mnatsakanyan bildirib ki, Ermənistan Baş naziri mümkün həll variantının bütün tərəflər üçün qəbul edilən olmalı olduğunu deməyə çalışır. ​Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün Baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.

Çətin vəziyyətə düşən Z.Mnatsakanyan verdiyi cavabla özünü lap gülünc edib: "Dağlıq Qarabağ Ermənistan və Pan-Ermənistan gündəliyində önəmli məsələdir".

Z.Mnatsakanyanın "Dağlıq Qarabağda bizim həmvətənlərimiz yaşayır" fikrinə münasibətdə aparıcı bildirib ki, o ərazilərdə ermənilərin yaşaması sual doğurmur, ancaq həmin ərazilər Ermənistana məxsus deyil ("that territory is not Armenian"). Rusiya xarici işlər naziri Sergey Lavrovun məsələ ilə bağlı mövqeyinə istinad edərək ("Ermənistan Baş nazirinin bu bəyanatı elə bil ki, Albaniya Baş nazirinin Tiranada "Kosovo Albaniyadır" deməsi ilə eynidir") jurnalist qeyd edir ki, Ermənistanın yaxın müttəfiqi olan Rusiya belə Ermənistanın bu mövqeyinin qəbuledilməz olduğunu bildirib.

Z.Mnatsakanyan Paşinyanı müdafiə etməyə çalışaraq deyib ki, o, mümkün həll variantının hər üç tərəfi də nəzərə almalı olduğunu deyəndə də tənqidlərlə üzləşir.

Aparıcı son 20 ildən çox müddətdə münaqişə kontekstində Ermənistan hərbisinin ciddi pozuntulara yol verdiyini, bunun BMT, Avropa İnsan Hüquqları Məhkəməsi (2017-ci ildəki məhkəmə qərarlarına istinad edilir), Amnesty International tərəfindən də təsdiq olunduğunu söyləyərək, Ermənistanın bunları qəbul edərək barışığa hazır-olub olmadığını soruşub.

Z.Mnatsakanyan bunları guya Dağlıq Qarabağdakı erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlamağa çalışıb və Azərbaycan tərəfini 2016-cı ilin aprel ayında hərbi qarşıdurmaya yenidən cəhd etməkdə günahlandırıb.

Aparıcı Azərbaycan hökumətinin 2019-cu ilin oktyabr ayında cəbhə xəttində Ermənistan tərəfindən atəşkəsin pozulmasına dair məlumatlarına istinad edərək yenidən eskalasiyanın mümkün olub-olmadığını soruşub. Z.Mnatsakanyan yeni Ermənistan hökumətinin guya atəşkəsin pozulması hallarının sayının azaldılması istiqamətində çalışdığını və bunun müsbət statistik nəticə verdiyini söyləyib.

Ermənistan XİN rəhbərinin uyğunsuz bəyanatlarından göründüyü kimi, İrəvan danışıqlardan yayınmaq üçün hələ də bəhanələr axtarır. Həqiqətən münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf Ermənistanın etdiyi kimi danışıqlar prosesinə mane olmaq üçün bəhanə və səbəb axtarmamalıdır. Əvvəlcə, bu, Qarabağ separatçılarının danışıqlarda iştirak etməsi idi. Təşəbbüs dəstəklənməyəndən sonra, prosesə əngəl olmaq üçün yeni ideyalar ortaya çıxdı.

Sülh danışıqlarının sabotaj edilməsi üçün Ermənistan rəhbərliyinin arsenalında görəsən daha nə ideyalar var?

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR