Slimfit
  1. MEDİA

Erməni jurnalistləri Bakıya niyə gəlmişdi? - Prezidentin köməkçisi açıqladı

Erməni jurnalistləri Bakıya niyə gəlmişdi? - Prezidentin köməkçisi açıqladı
Sakura

Erməni jurnalistləri Bakıya niyə gəlmişdi? - Prezidentin köməkçisi açıqladı

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin yekunlarına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, H. Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etməkdədir.

H. Hacıyev qeyd edib ki, ancaq Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir: “Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır. İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir. Jurnalistlərin qarşılıqlı səfərlərinə gəldikdə, erməni jurnalistlər Azərbaycana səfər edərək öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir. Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR