Erməni jurnaslist Zakaryan azərbaycanlıları hədələyib
A24.Az xəbər verir ki, dəfələrlə jurnalist adına yaraşmayan qalmaqallarda adı hallanan Zakaryan yenidən kamera önünə keçib. O, Azərbaycan qəbirstanlığını nişan verərək, orda dəfn olunanların ermənilərə qarşı vuruşan şəxslər olduğu deyib.
Daha sonra köhnə yol nişanını göstərərək üzərindəki “Ağdam”, “Füzuli”, “Bakı” yazılarından danışıb. O, qeyd edib ki, Ağdam və Füzuli artıq ermənilərindir, Bakını isə sonraya saxlayıblar.
Qeyd edək ki, bir müddət öncə də Zakaryan özünü biabır etmişdi. O, Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulduğunu iddia etdiyi bir zamanda, əlinə avtomat alaraq əsgərlərimizə atəş açdığı görüntüləri yayılmışdı. Jurnalistikada ən böyük qüsur sayılan bu hərəkəti Azərbaycanla yanaşı, Türkiyə və digər ölkə mətbuatlarında da qınanmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət