Slimfit
  1. CƏMİYYƏT

Erməni ideoloji mərkəzləri son yüzillik boyu istifadə etdikləri qeyri-insani üsulları Sumqayıtda və Bakıda həyata keçirdilər - Aydın Quliyev

Erməni ideoloji mərkəzləri son yüzillik boyu istifadə etdikləri qeyri-insani üsulları Sumqayıtda və Bakıda həyata keçirdilər - Aydın Quliyev
Sakura

Erməni ideoloji mərkəzləri son yüzillik boyu istifadə etdikləri qeyri-insani üsulları Sumqayıtda və…

Uzaq olmayan tarixə dair faktlar, Sumqayıtda törədilmiş cinayətin anatomiyası və o dövr sovet məkanında baş verən proseslər Sumqayıtda kütləvi insan qətlinin məhz erməni daşnaklarının əli ilə törədildiyinə heç bir şübhə yeri qoymur.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Sumqayt hadisələrinin bütün mahiyyəti məlum olsa da, Ermənistan və erməni lobbisi təhrif edilmiş və tam saxta arqumentlərlə dünya rəyini çaşdırmaq səylərini hələ davam etdirir: "1988-ci il Sumqayıt hadisələrinin məhz erməni xüsusi xidmətlərinin, erməni terrorçularının təşkilatçılığı və icraçılığı ilə həyata keçirildiyi tamamilə sübuta yetirilib. Qırğınların törədilməsi ərəfəsində ermənilərin Sumqayıtda gördükləri xüsusi hazırlıq işlərinə dair saysız sübutlar artıq təsdiqlənib. Azərbaycanın və keçmiş SSR-nin istintaq-əməliyyat orqanlarının araşdırmaları ermənilərin bu faciəli hadisələri xüsusi niyyət və hazırlıqla həyata keçirdiklərini birmənalı sübut edir. Sadəcə, erməni təxribat-terror-ideoloji mərkəzləri son yüzillik tarix boyu istifadə etdikləri qeyri-insani üsulları Sumqayıtda, ardınca isə Bakıda həyata keçirdilər. Ermənilərin taktikası öz adamlarına qarşı qətllər törətmək, bunu bütün türk dünyasının üstünə atmaq, özləri barədə əzabkeş millət obrazı formalaşdırmaq və əsassız ərazi iddialarına haqq qazandırmaqdır.

Eyni iyrənc və təcavüzkar taktika Sumqayıt hadisələri fonunda da oynanıldı.1988-ci ilin yanvarında Dağlıq Qarabağda separatçı hərəkata rəvac verilməsinin ardınca Sumqayıt hadisələrini törətmək ermənilərin Azərbaycandan ərazi qoparmaq planlarının öncədən hazırlanmış tərkib hissələridir. Xankəndidə separatizmin başlanmasının dərhal ardınca Sumqayıt hafisələrinin təşkil edilməsi erməni təcavüzü strategiyasında bir-birini tamamlayan hadisələrdir".

Ekspert bildirib ki, 80-ci illərin sonlarında Azərbaycanda fəhmsiz hakimiyyətin mövcudluğu və Heydər Əliyevin Moskvada bütün səlahiyyətlərdən məhrum edilməsi erməni planlarının həyata keçirilməsini daha da asanlaşdırdı: "Faktlar göstərir ki, Qarabağda qızğın separatizm başladılana qədər Heydər Əliyevi siyasi səhnədə neytrallaşdırmağın özü də əslində ermənilərin Azərbaycana geniş təcavüz hazırlıqlarının ilkin hissələrindən biri idi.

Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə tarixə və hüquqa tam zidd qərar çıxarmağın ardınca Sumqayıt hadisələrini törətməklə ermənilər dünyanı saxta bir ideyaya inandırmaq məqsədi güdürdülər - "azərbaycanlılarla bir yerdə, onların tərkibində yaşamaq təhlükəlidir" tezisini ortaya atmaq üçün ermənilərə Sumqayıtda qırğın törətmək lazım idi. Azərbaycanda ermənilərin öldürülməsi erməni daşnaklara o qədər lazım idi ki, Sumqayıtda olmasaydı belə onu Azərbaycanın başqa bir yerində törətməyə cəhd edəcəkdilər. Qətl üçün Sumqaytın seçilməsi təsadüf deyildi. Sumqayıtın çoxmillətli şəhər olması, burada ermənilərin sayca çoxluğu və şəhərdə sovet KQB-sinin daha dərin strukturlaşması ermənilərin talan və qırğın planlarına daha münbit şərait yaratdı. O zaman Azərbaycan rəhbərliyində Heydər Əliyev kimi dövlət xadimləri olsaydı, ermənilərin qırğın törətmək və bunu azərbaycanlılara qarşı çevirmək planları baş tutmazdı".

A.Quliyev vurğulayıb ki, erməni daşnaklar Sumqayıt hadisələrini törədəndən sonra yeni mərhələyə keçdilər və Xocalıda minlərlə azərbaycanlını qətlə yetirdilər, girov apardılar: "Sumqayıt və ardınca Xocalı faciələrini törətmək ermənilərə Azərbaycanın tərkibində yaşamağın mümkünsüzlüyünü və Dağlıq Qarabağda ermənilərin təhlükəsizliyi üçün ətraf regionların da işğalının zəruri olduğunu göstərmək üçün gərək idi. Sumqayıt da, Xocalı da, sonrakı bütün soyqırımı aktları da Ermənistanın Azərbaycana təcavüz planlarının tərkib hissələridir. Sumqayıt hadisələri yalnız ilkin və çox qısa mərhələdə daşnakların mənafelərinə uyğun istiqamətdə təqdim edilə bildi. Xüsusilə, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aparılan sistemli diplomatik və siyasi işlər Sumqayıt faciəsinin arxasındakı bütün erməni planlarını ifşa etməyə imkan verdi. Ermənistan rəhbərliyi hətta bu gün də Sumqayıt hadisələrini Azərbaycana qarşı çevirməyə cəhd etsə də, dünya əsl həqiqətləri öyrənib, Ermənistanın Sumqayıt hadisələri üzərində saxta ideoloji platforması Azərbaycan tərəfindən tam ifşa edilib.

1993-cü ildən dövlət səviyyəsində həyata keçirilən fəaliyyətlər Sumqayıt hadisələrinin mahiyyətini dünyaya tanıtdı və bunu Ermənistanın özünün təcavüzkar dövlət kimi tanıdılmasında tutarlı fakta çevirə bildi".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR