Slimfit
  1. AZƏRBAYCAN

“Erməni icması ilə konstruktiv danışıqlara hazırıq” – Tural Gəncəliyev

“Erməni icması ilə konstruktiv danışıqlara hazırıq” – Tural Gəncəliyev
Sakura

"Biz erməni icması ilə konstruktiv danışıqlara hazırıq"

"Biz erməni icması ilə konstruktiv danışıqlara hazırıq".

Modern.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib:

"Biz bu danışıqlara hazırıq. Azərbaycanın işğal altındakı əraziləri boşaldılmalı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 80 min nəfər üzvü Dağlıq Qarabağa köçürülməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində biz orada Dağlıq Qarabağ erməniləri ilə birlikdə yaşamağa hazırıq. Çünki biz heç kimə düşmənçilik mövqeyi tutmuruq. Biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Ata-babalarımızın qəbirlərini ziyarətdən məhrum olsaq da, düşmənçilik etmirik. Erməni icması başa düşməlidir ki, onların xoşbəxt yaşaması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər. Əgər onlar xoşbəxt gələcək istəyirlərsə, azərbaycanlların Dağlıq Qarabağa qayıtması təmin olunmalıdır. Biz geri qayıtmağa hazırıq".

T.Gəncəliyev deyib ki, ermənilər mütəmadi olaraq təmas xəttində təxribatlar törətməklə konstruktiv danışıqlara mane olmağa çalışır.

Onun sözlərinə görə, Azərbaycan həmişə münaqişənin tənzimlənməsi üçün konstruktiv mövqe nümayiş etdirib və danışıqlara hazır olub:

"Rəsmi Bakı təxribat xarakterli hərəkətləri pisləyib və qarşı tərəfi danışıqlara dəvət edib. Ermənilərin təxribat xarakterli hərəkətləri ilk dəfə deyil, bu hallar həmişə gözləniləndir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR