Erməni əsgərlər öz əhalisinə hücum edəcək – Ekspert
Sosial şəbəkədə yayılan, işğal altındakı Azərbaycan ərazilərindəki erməni hərbçilərinin görüntülərinə baxıram. Ayağı yalın, geyimi yox, ac qalmış, masasında yavan çörəkdən başqa bir şey olmayan erməni əsgərləri... Texniki imkanlardan 70-80 faiz məhrum olan, canlı qüvvədə çoxsaylı tələfat verən düşmən fiziki və psixoloji cəhətdən yorulub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Rəşad Süleymanov deyib.
R.Süleymanov erməni əsgərlərinin yaxın gələcəyini proqnozlaşdırıb:
“Ac qalmış, təminatı olmayan əsgər satıldığını, qəsdən qırğına göndərildiyini, aradan çıxmaq istədiyini dilə gətirəcək. Əvvəl biri deyəcək, sonra 10-u, sonra 100-ü, daha sonra hamısı. Hətta komandirlər də. Ermənistandan gətirilmiş qocalar, cavanlar əldə silah düşəcəklər kəndlərdə qalmış erməni əhalinin canına. Mülki əhalinin sonuncu çörəyini əlindən alacaq, evləri, mağazaları qarət edəcəklər. Başlayacaqlar quldurluğa. Etiraz edənləri silahla təhdid edəcək, öldürəcəklər. Bu, təbii qanunauyğunluqdur. Müharibənin hər günü onlarla milyon dollar xərc, yüzlərlə, minlərlə insan itkisi deməkdir. Ermənistanın bunu qarşılayacaq nə imkanı, nə də canlı qüvvəsi var. Görəcəkli günləri qabaqdadır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət