Dərc edildi: Baxış sayı: 517
Erməni baş serjant deputatlara Lələtəpə məğlubiyyətindən danışdı...
İşğalçı ölkə parlamentində Aprel döyüşləri ilə bağlı yaradılmış deputat-istintaq komissiyası növbəti qapalı iclasını keçirib.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu haqda jurnalistlərə sözügedən komissiyanın sədri Andranik Köçəryan danışıb. O bildirib ki, əsasən Lələtəpə yüksəkliyinin Azərbaycan ordusu tərəfindən azad olunmasına həsr edilmiş dinləmələrə sabiq müdafiə naziri Vaqarşak Arutyunyanla yanaşı, digər hərbi qulluqçular da qatılıb. Bilavasitə bəhs edilən döyüş əməliyyatlarında iştirak etmiş erməni baş serjantlardan biri Lələtəpə məğlubiyyətinin səbəblərindən danışıb.
Terrorçu eks-prezident Serjik Sərkisyanın dinləmələrdə suallara cavab verib-verməyəcəyi barədə bəhs edən komissiya sədri bildirib ki, heç kəs, o cümlədən S.Sərkisyan suallara cavab verməyə bilməz. "Əgər o, gəlib suallara cavab verməsə, biz həmin sualları ictimailəşdirəcəyik..."-deyə A.Köçəran vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət