Dərc edildi: Baxış sayı: 618
Erməni baş məşqçi: Emil Balayev planlaşdırılmış reabilitasiyasını davam etdirir
Azərbaycanlı qapıçı Emil Balayev çıxış etdiyi “Tobol” klubu Slovakiyanın “Jilina” klubu ilə yoxlama oyunu keçirib.
Bərabərliklə bitən oyundan sonra (1:1) “Tobol”un erməni baş məşqçisi Qriqori Babayan Fctobol.kz saytına müsahibə verib.
Baş məşqçi azərbaycanlı qolkiperin oyunda iştirak etməməsinin səbəbini açıqlayıb. Q.Babayan bildirib ki, Emil Balayev planlaşdırılmış reabilitasiya dönəmini davam etdirdiyi üçün heyətdən kənarda qalıb.
Xatırladaq ki, Emil Balayev 2019-cu ilin yanvar ayında Qazaxıstanın “Tobol” klubu ilə iki illik müqavilə bağlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət