Slimfit
  1. MEDİA

“Erməni ailələrinə hər gün bir neçə əsgər tabutu getməlidir” - Müsahibə

“Erməni ailələrinə hər gün bir neçə əsgər tabutu getməlidir” - Müsahibə
Sakura

“Erməni ailələrinə hər gün bir neçə əsgər tabutu getməlidir” - Müsahibə

Dünən cəbhənin Ağdam istiqamətində Azərbaycan ordusunun hərbçisi, mayor Aqil Omarovun erməni snayperi tərəfində vurulmasından sonra cəbhədə vəziyyət yenidən gərginləşib.

Cəbhədəki mövcud vəziyyətlə bağlı millət vəkili Elman Məmmədov BAKU.WS-ə müsahibə verib:

Ermənistan dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanda olarkən təxribat törətməklə həmsədrlərə əhəmiyyət vermədiyini nümayiş etdirib. Onları belə arxayın salan nədir?

- Həmsədrlər elə ermənilər kimidir. Onlar da uzun illər işğalçılar kimi status-kvonun saxlanılmasına çalışırlar. Hərbçimizin snayper tərəfindən vurulması ermənilərin danışıqlara məhəl qoymaması və meydan oxumasıdır. Bir az kobud çıxsa da demək lazımdır ki, bu, elə həmsədrlərin üzünə tüpürməkdir. “Biz öz işimizdəyik. Kim nə deyirsə desin, biz öz bildiyimizi edirik” mesajını verirlər.

Biz hər zaman ayıq-sayıqlığımızı qorumalıyıq. Bu hadisə Azərbaycanın işğal olunmuş ərazisində olub və bundan sonra baş verməməsi üçün təmas xətti ortadan qaldırılmalıdır. Bunun üçün ordumuz düşməni darmadağını etməli və 1988-ci ildəki sərhədlərimizdən çıxarmalıdır. Yəni, biz həmsədrlərin acı bağırsaq kimi uzanan danışıqlarına ümid etməməliyik. Bizim torpaqlarımızı azad etməyə gücümüz və hüququmuz çatır.

- Bəs “səbr kasamız” niyə daşmır?

- Bu işğala son qoymağın vaxtı çoxdan çatıb. Bunun yeganə yolu Azərbaycan ordusunun düşməni hərb yolu ilə darmadağın etməsidir. Hərbi güc tətbiq edilməsə işğalçıları torpaqlarımızdan çıxmayacaqlar. Danışıqlar yolu ilə bunun həlli yolu yoxdur. Bu xülyadır.

- Son zamanlar Rusiyanın Ermənistana münasibətinin soyuqlaşdığı aydın görünür. Hətta Qazaxıstanda Putin Paşinyanla görüşmək istəmədi və Ermənistan Baş naziri səfəri yarımçıq qoyaraq qayıtdı. Əsas himayədarından soyuq münasibət görən Ermənistana belə bir zamanda sarsıdıcı zərbə vurmağın qarşısını nə alır?

- Sarkisyan, Köçəryan və ondan əvvəlkilərin hamısı SSRİ xüsusi xidmət orqanlarının agentləri idilər. Onlar Moskvanın verdiyi göstərişləri yerinə yetirdikləri üçün mükafatlandırıldılar: Dağlıq Qarabağın işğalına dəstək verdilər, hakimiyyətə gətirdilər və.s. Təbii ki, Rusiya bu gün də onları qoruyur. Köçəryanın azadlığa çıxmasında Rusiyanın verdiyi dəstəkdə bunu görmək mümkündür.

Lakin, Paşinyan iki tərəfə də oynayan siyasətçidir. O həm Rusiyadan, həm də Qərbdən bəhrələnmək istəyirlər. Bunu görən Rəsmi Moskva Paşinyana ara-sıra “tərs sillə” vurur.

Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı tərəfdaşıdır. Ölkəmiz Rusiya ilə münasibətdə səmimi, sadiq, ədalətli və düzgündür. Ancaq bunun qarşılığını görmürük. Rusiya Ermənistanın bu hərəkətinə görə ədalətli mövqedə dursa, bizə köməyinə də ehtiyac yoxdur. Sadəcə bizim düşmənə qarşı başladacağımız antiterror əməliyyatlarda işğalçılara dəstək verməməyi kifayətdir.

- Genişmiqyaslı əməliyyatlar üçün zəmin yetişibmi?

- 2016-cı ildə Aprel döyüşləri zamanı uğurlu Lələtəpə əməliyyatı oldu. İndi biz o əməliyyatdan daha güclü və daha dağıdıcısını həyata keçirməliyik. Bunun bir-ikisiylə kifayətlənməməli, vaxtaşırı etməliyik. Ermənistana, erməni ailələrinə hər gün bir neçə əsgər tabutu getməlidir ki, cəmiyyət təşviş və qorxu içində qalsın, başına çarə tapmağı fikirləşsin. Onları arxayınlaşmağa qoymaq olmaz.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR