Erkən ölümün qarşısını almağın yolları
Həftədə bir və ya iki dəfə sürətli gəzmək infarktdan ölmə riskini azaldır.
Lenta.ru-nun məlumatına görə, Çinin Şandonq Politexnik Universitetinin alimləri apardıqları araşdırmaların nəticəsində bu qənaətə gəliblər.
Onlar hesab edir ki, həftədə bir və ya iki dəfə sürətli gəzmək insanda infarkt və ya xərçəng səbəbindən ölüm riskini azaldır.
Tədqiqatçılar 1997-ci ildən 2008-ci ilə qədər 88 140 insanın fiziki fəallığının səviyyəsi haqqında məlumatları təhlil edərək onların ölüm saylarını müqayisə ediblər.
Araşdırma zamanı insanların nə dərəcədə və hansı müddət ərzində ağır yüklərə tab gətirdikləri analiz edilib. Nəticədə, məlum olub ki, həftədə bir və ya iki dəfə 10 dəqiqədən bir saata qədər sürətli gəzinti və həyətyanı sahədə fiziki işlə məşğul olan insanlarda vaxtından əvvəl ölüm riskləri az olur.
Bundan başqa, həftə ərzində ümumilikdə 2,5-5 saat davam edən 10 dəqiqəlik fiziki yüklənmələr ölüm riskini 31 faizə qədər azaldır. Həftə ərzində 25 saatlıq aktiv fiziki hərəkətdə olmaq isə bu ehtimalı iki dəfə daha azaldır.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət