Dərc edildi: Baxış sayı: 517
Erkən ölümlərə çarə tapıldı
ABŞ-ın Ueyk-Forest Universitetinin elm adamlarının araşdırması çox maraqlı nəticə hasil edib. Məlum olub ki, pəhriz erkən ölümlərin qarşısını almaq gücündədir.
Bizimyol.info xəbər verir ki, araşdırmada 45-84 yaş arası 4500 adam iştirak edib. Onlar qidalarla davranışı barədə anket doldurublar. Burada nə, nə qədər, hansı fasilərələrlə yedikləri haqda məlumat yazıblar. Araşdırma pəhriz saxlayanların, daha düzgün qidalananların qan təzyiqinin qaydasında olduğunu, 7 yaşına qədər ürək çatışmazlığından əziyyət çəkmədiklərini üzə çıxarıb. Bu adamlar digərlərinə nisbətən 40 faiz daha az xəstələnirlər.
Pəhrizlərdən Aralıq dənizi rasionu daha məqsədəuyğun sayılır. Yəni daha çox ev quşlarının əti, meyvə-tərəvəz, çərəz, balıq ilə qidalanmaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət