Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Erkən ölümdən necə qaçmaq olar?

Erkən ölümdən necə qaçmaq olar?
Sakura

Erkən ölümdən necə qaçmaq olar?

Oturaq həyat tərzi erkən ölüm riskini artırır. Bunu Amerikanın kardiologiya kollecinin mütəxəssisləri müəyyənləşdiriblər. Ancaq tövsiyə edilən səviyyədə fiziki fəallığın artırılması ilə erkən ölüm riskindən müdafiə olunmaq mümkündür. Bunun üçün həftədə minimum 150-419 dəqiqə fiziki fəallıq tələb olunur. 

Medpress.az bildirir ki, “Journal of the American College of Cardiology”da çap olunan araşdırmada yaşları 45 və daha yuxarı olan 149 077 avstraliyalı iştirak edib. Onların hamısı doldurduqları anketdə nə qədər oturaq, yaxud ayaqüstə vaxt keçirdiklərini və nə qədər yatdıqlarını göstəriblər. Cavablardan asılı olaraq könüllüləri bir neçə qrupa bölüblər: gündə ən azı 4 saat, 4-8 saatdan 6-8 saata qədər və  8 saatdan çox oturmaq.

Həftəlik fiziki fəallıq əgər ona 4 saat ayrılıbsa, kifayət qədər hesab edilməyib. Kifayət qədər fəallıq səviyyəsi 150-dən 419 dəqiqə aralığında olub. Bundan yüksəyi isə 420 dəqiqədən yuxarı (gündə ən azı bir saat).

Məlum olub ki, yüksək ölüm səviyyəsi, o cümlədən ürək-damar xəstəlikləri uzunmüddətli oturmaq (6 saatdan çox) ilə bağlıdır. Hətta kim az oturursa, kiçik səviyyədə fiziki fəallıq zamanı risk xeyli yüksək olacaq. Tez-tez və intensiv fiziki hərəkətlər sağlamlığa daha çox effektli təsir göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR