Slimfit
  1. AZƏRBAYCAN

Erkən nikah problemi: Qanun nə deyir?

Erkən nikah problemi: Qanun nə deyir?
Sakura

Erkən nikah problemi: Qanun nə deyir?

21-ci əsrdə dünyada 4-sənaye inqilabının reallaşdığı, müasir texnologiyaların, elm və təfəkkürün ən pik nöqtədə olduğu dövrdə Azərbaycan erkən nikah kimi ciddi problemlə üz üzə qalıb.

REAL TV -xəbər verir ki, ölkə gündəminə nəzər saldıqda bəzən bu cür hallara rast gəlmək mümkündür. Bunun qurbanları isə gəlincikdən təzə ayrılan və gəlinlik geyinməyə məcbur edilən qız uşaqlarıdır.

Bəs belə olan halda qanun nə deyir? Ümumiyyətlə erkən nikah dedikdə nə nəzərdə tutulur?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən nikaha daxilolma 18 yaşdan götürülür. Bu qanun Ailə məcəlləsinin 10-cu maddəsində də təsbit edilib.

18 yaşından aşağı şəxslərin nikaha daxil olması isə qanuna görə qadağandır. Ancaq qanun burdada öz aliliyini göstərir.

Yalnız xsüsi hallarda 18 yaşından aşağı şəxslərin nikaha daxil olmasına icazə verilir.

Cinayət məcəlləsinin 176 prim 1 maddəsinə əsasən Qadını nikaha daxil olmağa məcbur etmək birbaşa cinayət məsuliyyətinə səbəb olur.

Nikaha daxil olmaq üçün qanunvericiliydə nəzərdə tutulan yəni 18 yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur edən şəxs üçün isə qanun daha sərt cəza tətbiq edir. Belə olan təqdirdə qeyd olunan şəxs 3 mindən 4 min manata dək cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Onu da qeyd edəkki qanunvericiliyə əsasən ölkəmizdə 16 yaşına qədər qadının cinsi toxunulmazlığı mövcuddur. Qanuna görə 16 yaşına çatmayan qadınla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb olunur.

Təəssüf ki, erkən nikah problemi Azərbaycan üçün də aktual problemlərdəndir. Bu məsələ xüsusən ölkəmizin bölgələrində özünü daha qabarıq şəkildə göstərir. Üzümüz valideynlərədir tez evlənən uduzmaz deyib imza atmağı belə bilməyən qızlarınızın həyatına imza atmayın.

İngilis filosofu və siyasətçisi Con Lokk yaxşı deyib: Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Ona görə də qızlarınıza hesablamağı öyrədin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR