Dərc edildi: Baxış sayı: 424
Ərəblər Yaxın Şərqdə koalisiya barədə razılaşdılar
İordaniya, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşüblər.
Axar.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu ərəb ölkələrinin regiondakı böhranların həllində rollarının aktivləşdirilməsi olub. Nazirlər görüşdə regionda ümumi maraqlar naminə fəaliyyətlərinin birgə koordinasiyası haqqında razılığa gəliblər.
Nazirlər həmçinin BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə də görüşüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət