Slimfit
  1. İQTİSADİYYAT

Ərəb şirkətləri Azərbaycana 300 mln. dollardan çox sərmayə yatıracaq

Ərəb şirkətləri Azərbaycana 300 mln. dollardan çox sərmayə yatıracaq
Sakura

Ərəb şirkətləri Azərbaycana 300 mln. dollardan çox sərmayə yatıracaq

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələri çərçivəsində 300 mln. ABŞ dollarından artıq sərmayə yatıracaqlar.

Bunu "APA-Economics"ə Azərbaycanın Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva bildirib.

Layihələrin vaxt baxımından həyata keçirilməsini şərh edən Z. Əliyeva, bunun uzunmüddətli layihələr olduğunu qeyd edərək, dəqiq tarixi açıqlamayıb.

"Hazırda bu pilot layihələrdir, pilot layihələrdən sonra hərraclar keçiriləcək. Hərraclar keçiriləndə bu şirkətlər yenidən başqa bir layihələrdə də iştirak edə bilər", - deyə Z. Əliyeva əlavə edib.

Xatırladaq ki, bu ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilib.

Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Cameel Al Ramahi imzalayıblar. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, "ACWA Power" şirkəti hazırda qlobal miqyasda bərpa olunan enerji sahəsində 8 000 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 200 MVt qoyuluş gücünə bərabər istehsal və 45 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. "Masdar" şirkəti isə bərpa olunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4 000 MVt həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 mlrd. dollar məbləğində investisiya qoyuluşu həyata keçirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR