Dərc edildi: Baxış sayı: 762
Ərdoğanla Putin bu məsələləri nəzərdən keçirəcək - Lavrov
Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Ərdoğan Soçidə baş tutacaq görüşdə Suriyadakı terrorçular və müxaliflərin sərhədinin müəyyən edilməsi məsələsini müzakirə edəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov danışıb.
"İki il əvvəl İdlibin eskalasiya zonasındakı vəziyyətlə əlaqədar xüsusi müqavilə bağladığımız türk ortaqlarımızla danışırıq. Bir neçə gündən sonra Rusiya və Türkiyə prezidentlərinin növbəti görüşü baş tutacaq, burada bu öhdəliyin necə yerinə yetirilməsi məsələsi əsaslı şəkildə nəzərdən keçiriləcək. Bu öhdəliklər yavaş-yavaş yerinə yetirilir", - Lavrov vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət