Dərc edildi: Baxış sayı: 455
Ərdoğanla Merkel arasında telefon danışığı oldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.
Məlumata görə, Ərdoğan və Merkel regional məsələləri, xüsusən İdlibdə yaranmış vəziyyəti müzakirə ediblər. Türkiyənin dövlət başçısı ilə Almaniyanın hökumət rəhbərinin danışıqlarında həmçinin qaçqınlar problemi də diqqət mərkəzində olub.
Ərdoğan eləcə də Merkellə iki ölkə arasındakı əlaqələr barədə danışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət