Slimfit
  1. DÜNYA

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA
Sakura

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Co Baydenlə iyunun 14-nə NATO zirvəsi çərçivəsində planlaşdırılan görüşündən əvvəl ABŞ-dan qalmaqallı açıqlamalar səslənib.

“Haber Global” məlumat verir ki, ABŞ Dövlət katibi Entoni Blinken bəzi iddialarla çıxış edib.

“Aramızdakı ayrılıqlar sirr deyil. Türkiyə NATO-nun müttəfiqi kimi davranmır”, - deyə o, Ankaranın Moskva ilə S 400-lərlə bağlı razılaşmasını xatırladıb.

Şərqi Aralıq dənizi ərazisində yaşanan proseslərdən də narahatlığını dilə gətirən Blinken bölgədə gərginliyin azaldılmasını müsbət qarşıladıqlarını bildirib.

O vurğulayıb ki, Bayden Ərdoğanla görüşündə bu mövzuları müzakirə edəcək. Blinken Türkiyənin Qərb dövlətləri ilə eyni sırada yer almasının hər iki tərəfin xeyrinə olduğunu bildirib və Ankara ilə Vaşinqton arasında Suriya, terrorla mübarizə, Rusiya və İranla bağlı siyasətdə fikir ayrılıqları yaşandığını xatırladıb.

Mənbə: Oxu.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR