Slimfit
  1. SİYASƏT

Ərdoğanın partiyası Azərbaycana təşəkkür etdi

Ərdoğanın partiyası Azərbaycana təşəkkür etdi
Sakura

Ərdoğanın partiyası Azərbaycana təşəkkür etdi

“Türkiyə yeni dövr başlayır”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin ötən yüz ili təkcə Türkiyə yox, dost və qardaş ölkələr başda olmaqla bütün dünya üçün əhəmiyyətlidir:

“Ona görə də bütün dünya seçkilər prosesini diqqətlə izləyir. Dost və qardaş ölkələrin diqqətini müşahidə edirik. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyədəki seçkiləri Azərbaycandakı seçkilər kimi diqqətlə izləyir. Onlar Azərbaycanın gələcəyinin Türkiyə ilə yaxından bağlı olduğunu əsas götürərək seçkiləri diqqətdə saxlayırlar”.

N. Kurtulmuş söyləyib ki, Türkiyədə olan azərbaycanlı deputatlar, jurnalistlər seçkilərə dəstək verirlər:

“Buna görə də hakim partiyanın sədri Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm, bu seçkilərin nəticəsində təkcə Türkiyə yox, həm də Azərbaycan güləcək və biz daha güclü region üçün mübarizə aparacağıq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR