Slimfit
  1. DÜNYA

Ərdoğanın masasındakı anket: Rəqibləri nə qədər səs toplayacaq?

Ərdoğanın masasındakı anket: Rəqibləri nə qədər səs toplayacaq?
Sakura

Ərdoğanın masasındakı anket: Rəqibləri nə qədər səs toplayacaq?

AKP-nin sifarişi ilə hazırlanan “Bu bazar günü seçki olarsa, kimə səs verərsiniz?” sorğusu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub.

Cebhe.info xəbər verir ki, anket sorğusunda Əli Babacanın partiyası 0.7, Əhməd Davudoğlunun partiyası isə 0.3 faiz səs toplayıb.

Sabiq baş nazir Əhməd Davudoğlu və sabiq baş nazir köməkçisi Əli Babacan 2019-cu il başa çatmadan yeni partiyanı quracaqlarını elan edib. Türkiyənin Suriyada keçirdiyi “Barış pınarı” əmliyyatı ilə əlaqədar partiya quruculuğunun bir qədər ləngiməsi gözlənilsə də, artıq siyasi kulislərdə məsələ müzakirə olunur. Ancaq hər iki siyasətçinin yaxın ətrafı partiya quruculuğunda hər hansı ləngimə olmayacağını bildirib.

AKP-nin sifarişi ilə hazırlanan anketdə Ərdoğanın potensial rəqibləri ümumilikdə 1 faiz səs toplayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR