Dərc edildi: Baxış sayı: 523
Ərdoğanın gözü önündə ara qarışdı, futbolçunun başını yardılar
Avropa Liqasının 5-ci turu çərçivəsində keçirilən "Başakşəhər" (Türkiyə) - "Roma" (İtaliya) (0:3) matçında incident yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, oyunun gedişində türkiyəli azarkeşlər meydana müxtəlif yad əşyalar atıb. Nəticədə "Roma"nın oyunçusu Lorenso Pelleqrinin başından xəsarət alıb. Futbolçunun alnından qan açılıb. Ona ilkin tibbi yardım göstərilib.
İstanbul təmsilçisini dəstəkləmək üçün stadiona gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da insidenti canlı izləyib.
Qeyd edək ki, bu oyuna qədər qrup lideri olan İstanbul klubu 0:3 hesablı məğlubiyyətdən sonra 3-cü sıraya enib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət