Slimfit
  1. SİYASƏT

Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı - Bayramov

Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı - Bayramov
Sakura

Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı - Bayramov

Azərbaycanla Türkiyə arasında əlaqələr son illər güclənib. Bunun arxasında xalqlarımızın iradəsi və liderlərimizin qardaşlıq münasibətləri dayanır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasını ilk tanıyan ölkə Türkiyə olub:

“Mustafa Kamal Atatürk deyirdi ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizmi kədərimizdir. Ulu Öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamını söyləyib. Onlar əlaqələrimizin nə qədər dərin olduğunu qısa sözlərlə çox gözəl izah ediblər”.

C.Bayramovun sözlərinə görə, azərbaycanlı diplomatlar Türkiyənin, türkiyəli diplomatlar isə Azərbaycanın maraqlarını öz maraqları kimi qoruyurlar:

“Buna misal olaraq deyə bilərik ki, Prezident İlham Əliyev 2014-cü ildə Praqada keçirilən iclasda demişdi ki, Türkiyə burda yoxdursa, mən varam. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsi vaxtı “Azərbaycan bizim qırmızı xəttimizdir” kimi açıqlama vermişdi. Ərdoğanın bu mesajı lazımi yerlərə çatdı və onlar nə etmək lazım olduğunu başa düşərək prosesdən kənarda dayandılar. Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin onun yanında olduğunu bilirdi və hiss edirdi. 44 günlük müharibə dövründə Türkiyə xalqı və dövlətinin ortaya qoyduğu mövqe çox vacib idi. Azərbaycana verilən siyasi və mənəvi dəstək bizim gücümüzə güc qatdı və bütün dünyaya açıq mesaj oldu”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR