Slimfit
  1. TÜRKİYƏ

Ərdoğanı erməni soyqırımına görə Fransada protest etdilər

Ərdoğanı erməni soyqırımına görə Fransada protest etdilər
Sakura

Ərdoğanı erməni soyqırımına görə Fransada protest etdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın I Dünya Müharibəsinin 100-cü ildönümünün qeyd edilməsi çərçivəsində 11 noyabrda Parisdə təşkil ediləcək anım mərasimə dəvət edilməsi Fransada müzakirə mövzusu olub.

Publika.az xəbər verir ki, bir qrup fransalı akademik, ziyalı və insan hüquqları müdafiəçiləri Türkiyə prezidentinin mərasimə qatılmasını protest edib.

Protest “Le Monde” qəzetində ortaq imzalanan bəyanatla bildirilib.

Etiraza səbəb olaraq Türkiyə hökumətinin və Rəcəb Tayyib Ərdoğanın I Dünya Müharibəsi əsnasında Türkiyənin ermənilərə qarşı təşkil etdiyi “soyqırımı” hələ də inkar etməsi siyasəti göstərilib.

 

Məqalədə Türkiyənin Kipr və kürdlərə dair siyasəti də tənqid edilib. Türkiyə dövlətinin cihadçılıq və anti-semitizmi alovlandırdığı, İsrailə qarşı nəzarətolunmayacaq dərəcədə nifrət bəslədiyi qeyd edilib. Qonşu ölkənin azadlıqların məhv edildiyi və “dünyanın ən böyük jurnalist həbsxanası” halına gəldiyi ifadələri də məqalədə yer alıb.

Bəyanatı imzalayanlar arasında filosof, rejissor, millət vəkili, universitet rektoru, dərnək sədrləri, Avropa Parlamentinin üzvlərinin olması diqqət çəkib.

Qeyd edək ki, Fransada prezident seçkiləri zamanı namizədliyini irəli sürən Emmanuel Makron seçki kampaniyası çərçivəsində erməni soyqırımının dünyada tanınması üçün mübarizə aparacağını vəd etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR