Dərc edildi: Baxış sayı: 348
Ərdoğandan vəliəhdə: Birlik nümayiş etdirməliyik!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Söhbət zamanı ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə olunub.
Ərdoğan İsrailin Fələstinə qarşı hücumlarının tez bir zamanda dayandırılması və BMT Təhlükəsizlik Şurasının (TŞ) atəşkəs qərarının həyata keçirilməsi üçün islam dünyasının daha çox səy göstərərək məhsuldar şəkildə birlik nümayiş etdirməsinin vacibliyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət