Slimfit
  1. TÜRKİYƏ

Ərdoğandan tarixi çağırış: Gəlin təyyarə gəmisi inşa edək

Ərdoğandan tarixi çağırış: Gəlin təyyarə gəmisi inşa edək
Sakura

“Dənizlərdə manevrlər etməyə ehtiyacımız var"

 Prezident Rəcəb Tayyib Ərdoğan, Yeni Dəniz Sistemlərinin Təslim Mərasimində iştirak etdiyi tədbirdə Türkiyənin döyüş gəmiləri dizayn və istehsal edən 10 ölkədən biri olduğunu vurğulayıb: "İndi sənaye liderlərinə səslənirəm: Gəlin bir təyyarə gəmisi düzəldək. Dənizlərdə manevrlər etməyə  ehtiyacımız var."  deyib.

 Prezident Rəcəb Tayyib Ərdoğan, Yeni Dəniz Sistemləri ilə tanış olub və daha sonar bildirib::

 Türkiyə, müdafiə sahəsindəki yolunu daha qərarlı şəkildə davam etdirir.  İllərdir ölkəmizin haqq və hüquqlarının gözardı edləməsi ona görə asanlıqla baş tuturdu ki, yeterli qədər siyasi, iqtisadi və texnoloji gücümüz yox idi.  Bu gün siyasətlərimizi Şərqi Aralıq dənizindən Egeyə, Qara dənizdən Balkanlara, Qafqaz və Afrikaya qədər geniş  coğrafiyada həyata keçirə biliriksə, bunun səbəbi yenə də siyasi, iqtisadi və texnoloji sahədə əldə etdiyimiz səviyyədir. Bundan narahat olanlar  Türkiyəni əvvəlki kimi qeyri-sabitlik bataqlığında görmək istəyənlər, xüsusilə ölkəmizi  orda  məhkum edə bilmək  üçün əllərindən gələni edirlər.  Hər cür hərbi, siyasi, iqtisadi, sosial qarışıqlıq, çevriliş, tələ qurmaq üsullarını artıq gizlətməyə ehtiyacları olmayan bir cəsarətlə istifadə edirlər.

 TOP 100-lükdə  7 ŞİRKƏT

 Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısında artıq Türkiyə 7 şirkətlə təmsil olunur.  İndiyə qədər qazandığımız irəliləyişlər sayəsində, bölgəsində oyun quran, oyunları pozan və inkişafları istiqamətləndirən ölkə olmağımızın başlanğıcıdır.  İlk milli döyüş gəmisi olan MİLGEM çərçivəsində 100-də yüz faiz yerli istehsal olan Heybeliada, Büyükada, Burgazada və Kınalıada zirehli döyüş gəmiləri əzəmətli bayrağımızı dənizlərdə dalğalandırır.  Təcili yardım xidmətləri, amfibiya əməliyyatları, nəqliyyat vasitəsi və personal daşınması, yanğından mühafizə xidməti və təbii fəlakətlərdə köməklik göstərən Bayraktar və Sancaktar gəmiləri geniş bir ərazidə xidmət göstərir.  Yeni tip sualtı qayıq layihəsindən birincisi Pirireizi artıq sulardadır, 5-ci Seydialireis sualtı qayığının isə qaynaq işlərinə başlamışıq.  Bu, sualtı xilasetmə gəmiçiliyində əhəmiyyətli bir layihədir.

Dünyada öz hərbi gəmilərini dizayn və istehsal edən 10 ölkədən biri olan Türkiyə.  Milli raketimiz Atmaca-nı gəmilərimizə inteqrasiya edərək kritik silahların və sensorların lokallaşdırılmasında da irəliləyiş əldə edib.

Bizim üçün qürur mənbəyi olacaq bu məhsullar xaricdən ciddi tələblər alacaq.  Ufuk təlim gəmimizi istifadəyə verəcəyik.  Gələn il çox məqsədli amfibiya hücum gəmimiz Anadolu dənizlərimizdə istismara veriləcək.  Gəmiqayırma sənayesi nümayəndələri buradadır.  Buradan deyirəm ki, Anadolunu qurduq, gəlin bir və ya iki və ya daha çox təyyarə gəmisi də inşa edək.  Çünki dənizlərdə bu manevrlərə ehtiyacımız var.

 Prezident Müdafiə Sənayesi Baqanı Prof.  Dr.  İsmail Dəmir, DESAN Tersanesi İdarə Heyətinin sədri Cenk Kaptanoğlu və Yonca Onuk Tersanesi Başqanı Şakir Yılmaztürk Ərdoğana hədiyyələr verdilər.  Ərdoğan isə öz növbəsində Xidmətə Giriş Sənədlərini gəmi komandirlərinə təqdim etdi.

 HƏR İL BİR SUALTI QAYIQ

 Pirireis, 2022-ci ildə donanmamıza qatılacaq.  2023-cü ildə MİLGEM layihəsinin 5-ci gəmisini dənizlərimizə ötürəcəyik.  2024-cü ildə dənizdə təchizat və döyüş dəstək gəmisini Dəniz Qüvvələrimizə gətirəcəyik.  Hər il biri olmaqla ümumilikdə 6 sualtı qayıq istismara verəcəyik. Məqsəd İHA, SİHA, TİHA ilə bərabər  insansız və avtonom dəniz nəqliyyat vasitələrinin də daxil olduğu  quru, hava və dəniz elementlərinin birgə tapşırıqlarını yerinə yetirəcəyi  səviyyəyə çatmaqdır.

FAŞİST İDEOLOGİYASINA LAYİQLİ CAVAB 2023-cü İLDİR

 Millət hər dəfə milli iradənin, demokratiyanın, qanunun, müstəqilliyin və gələcəyin yanında olduqda, oyunlarını pozdu. Keçmişdə aldıqları dərslərdən məmnun olmayanlar üçün indi 2023-cü ili gözləyirik.  Millətimiz, geniş düşüncəsi ilə, 2023-cü ildə həm xaricdə, həm də içəridə faşist düşüncəli olanlara layiq olduqları cavabı verəcəkdir.  Bu günə qədər Allahın lütfü və milli iradənin üzərində heç bir güc tanımadıq.  Bundan sonra Türkiyənin demokratik  hüquqi dövlət qərarlığına qarşı yönəlmiş hər hansı bir hücumun qarşısını alaraq, hər oyunu pozaraq yolumuza davam edəcəyik.

 Hələ kifayət deyil

 Özümüzə olan inamımız, ölkəmizin müdafiə sənayesi layihə ehtiyatını 62-dən 700-ə, layihə büdcəsini 5.5 milyard dollardan 60 milyard dollardan çox artırdığımızın arxasında  özümüzə güvənimiz durur. Yerli və  milli məhsul nisbətinin yüzdə 70-i keçməsi vacib olsa da, məruz qaldığımız açıq və gizli embarqoları düşündükdə hələ də yetərsiz vəziyyətdəyik.  Hədəfimiz, hər hansı  kritik ərazidə xarici qaynaq tələb etməyəcək bir müdafiə sənayesi inkişafı və istehsal infrastrukturu yaratmaqdır.  Bu həm də ölkəmizi dünyanın aparıcı müdafiə sənayesi ixracatçılarından birinə çevirmək deməkdir.

 AKAR: BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ ETDİK

 Digər tərəfdən, Milli Müdafiə Naziri Hulusi Akar mərasimdəki açıqlamasında bu ifadələri söylədi: Yunanıstanın Egeydə və Aralıq dənizində Dəniz Yurisdiksiyası tələbi reallıqla bir araya sığmır.  Ən uzun sahil xəttinə sahib olan ölkəmizi heç kim Aralıq dənizindəki öz sahil zolağı ilə məhdudlaşdıra bilməz.  Bir tərəfdən, cənub sərhədlərində terror dəhlizinin yaradılmasının qarşısını aldıq, digər tərəfdən Liviya ilə bağladığı müqavilələrlə Orta və Şərqi Aralıq dənizindəki hüquq və mənafelərimizi qorumaq uğrunda mübarizədə əhəmiyyətli nailiyyətlər əldə etdik.

Mənbə: takvim.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR