Slimfit
  1. DÜNYA

Ərdoğandan sərt mesaj: Parça-parça edəcəyik

Ərdoğandan sərt mesaj: Parça-parça edəcəyik
Sakura

Ərdoğandan sərt mesaj: Parça-parça edəcəyik

“Fəratın şərqində terror təşkilatını parça-parça etməyə hazırıq”.

Publika.az
 xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, “Pəncə-1” və “Pəncə-2” hərəkatı ilə Fəratın şərqindəki terrorçuların Şimali İraqla əlaqəsini kəsəcəyik: “Ərbildə Türkiyənin konsulluq əməkdaşına edilən hücum da hərəkatımızın hədəfinin doğru olduğunu göstərir. Diplomatımızı şəhid edən terrorçuların da hamısı ələ keçirdik”.

Ərdoğan bildirib ki, montaj və tədris proqramlarından sonra S-400-ləri 2020-ci ilin aprelində aktiv şəkildə istifadə edəcəklər.

“ABŞ-ın düşünülmüş davranacağına ümid edirəm. Nəyin bahasına olursa olsun, Türkiyə gəmisində dəlik, Türkiyə qalasında uçqun açılmasına icazə verməyəcəyik. Bu gün bölgədə xarici güclərə arxayın olub, quldurluq edənlər sabah ya torpağın altına girəcəklər, ya da zülmə razı olacaqlar. Nə ilə nəticələnirsə, nəticələnsin, biz Fəratın şərqindəki terror dəhlizini parça-parça edəcəyik. Bunu həll edəndə Qəndil deyilən bir problemimiz də qalmayacaq”, - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR