Slimfit
  1. TÜRKİYƏ

Ərdoğandan SƏRT ÇIXIŞ: "Müsəlmanların taleyi onların əlindədir və nə istəsələr..."

Ərdoğandan SƏRT ÇIXIŞ: "Müsəlmanların taleyi onların əlindədir və nə istəsələr..."
Sakura

Ərdoğandan SƏRT ÇIXIŞ: "Müsəlmanların taleyi onların əlindədir və nə istəsələr..."

“Müsəlman olaraq üzərimizə tökülən ölü torpaqlardan hələ də qurtula bilməmişik”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 35-ci İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin toplantısında deyib.

Ərdoğan bildirib ki, İslam aləmi bir divarın kərpicləri kimi bir-birinə kilidlənmədiyi müddətdə asanlıqla manipulyasiya olunacaq.

Prezident BMT-nin strukturunu da tənqid edib: “İslam aləminin öz gələcəyi üzərində azad şəkildə qərar vermək və tətbiq etmək ixtiyarı yoxdur. Diqqət edin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin içərisində bir müsəlman ölkəsi yoxdur. Bu ədalətsiz sistemin davam etməsi mümkün deyil. Hər şey beş daimi üzvün, hətta onlardan birinin dodaqlarının arasındadır. Onlar nə deyirlərsə, odur. Qurumun beş daimi, on beş müvəqqəti üzvü var. Müvəqqəti olanların içərisində bir-iki müsəlman ölkəsi var. Lütfən, özümüzü aldatmayaq. Öncə özümüzə inanaq. Bosniyada, Suriyada, Ruandada yaşananlara çarə tapa bilməyən BMT problemlərə həll tapa bilməz. Biz müsəlman ölkələri olaraq əsrimizin ədalət müdafiəçiləri olmalıyıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR