Slimfit
  1. İDMAN

Ərdoğandan Özil açıqlaması: həzm edə bilmədim

Ərdoğandan Özil açıqlaması: həzm edə bilmədim
Sakura

Ərdoğandan Özil açıqlaması: həzm edə bilmədim

Almaniyanın milli komandasına qədər yüksəlmiş iki gəncimizin təcrid edilməsini onların prezidenti olaraq həzm edə bilmədim.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın Köln şəhərində məscidin açılış mərasimində çıxış edərkən deyib.

 

“Adını çəkməsəm, məndən inciyər. Almaniyada doğulub böyüyən Məsud Özilimiz və İlkayımızla foto çəkdirdik deyə onları bu cəmiyyətdən təcrid etdilər.

Bir dəfə Münhendə kanslerlə birlikdə Türkiyə-Almaniya qarşılaşmasını izləyəndə Məsud qol vurdu. Türkiyəyə qol vurdu, amma mən də kanslerlə birgə alqışladım. İdmanın da gözəlliyi budur. “Öz komandana qol vurdun” demədik. Burada Məsudumuzun tərəfini saxlayanlar da oldu. Təşəkkür edirik, amma istərdik ki, irqçilik edənlərə qarşı ortaq mövqe nümayiş olunsun”.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Məsud Özil və İlkay Gündoğan Rəcəb Tayyib Ərdoğanla görüşüb şəkil çəkdirdiklərinə görə irqçi təzyiqlərə məruz qalmışdı. Bundan sonra M.Özil Almaniya millisindən ayrıldığını açıqlamışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR