Dərc edildi: Baxış sayı: 872
Ərdoğandan İlham Əliyev barədə: Əziz qardaşım...
Qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətini əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindəki çıxışında bildirib.
“Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin İpək Yolu” adlandırılan TANAP-la ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq”, - R. Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət