Dərc edildi: Baxış sayı: 471
Ərdoğandan Avropaya cavab: Çəkinməyəcəyik
Örtülü və ya açıq heç bir sanksiya təhdidi Türkiyəni haqlı mübarizəsindən çəkindirməyəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin Ankaraya Şərqi Aralıq dənizində aparılan qazma işləri ilə bağlı sanksiya tətbiq etmək istəməsinə cavab olaraq deyib.
“Türkiyə müstəqilliyinə, vətəndaşlarının təhlükəsizliyinə qarşı hər cür təhdidi zərərsizləşdirəcək gücə sahibdir”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət