Dərc edildi: Baxış sayı: 631
Ərdoğandan Avropadakı türklərə çağırış
Siyasət, iqtisadiyyat və mədəni sahələrdəki təsir gücünüzü artırmalısınız.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cenevredə türklərin İsveçrəyə köçünün 50-ci ildönümü münasibətilə etdiyi çıxışda bildirib.
O, Avropaya köçən türklərin çətinliklərindən danışaraq, problemlərin həlli üçün Türkiyə dövlətinin gərəkən addımları atdığını bildirib.
Ərdoğan qeyd edib ki, Avropadakı hər bir türk ictimai, siyasi və mədəni həyatda fəaliyyətini artırmalı, Türkiyənin gücünə güc qatmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət