Slimfit
  1. DÜNYA

Ərdoğandan ABŞ-a xəbərdarlıq — “Bu hərbi bazaları bağlayacağıq”

Ərdoğandan ABŞ-a xəbərdarlıq — “Bu hərbi bazaları bağlayacağıq”
Sakura

Ərdoğandan ABŞ-a xəbərdarlıq — “Bu hərbi bazaları bağlayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının qondarma erməni soyqırımı qətnaməsini yekdilliklə qəbul etməsinə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, Ərdoğan ölkənin bir sıra aparıcı televiziya və radiolarının ortaq yayımı ilə efirdə gedən “Gündem Özel” proqramında qətnamənin siyasi xarakter daşıdığını söyləyib.

“ABŞ-ın daxili siyasətindəki qütbləşmənin bizim əleyhimizə nəticələndiyini və bəzi dairələrin Trampı zəiflətmək üçün ölkəmizlə bağlı məsələləri öz maraqları üçün sui-istifadə etdiyini təəssüflə görürük. Mənim Trampla şəxsi münasibətim bir çox şeyi dəyişdirmir. Çünki qərar verən təkcə o deyil. Bu hərəkətlər müttəfiqlik münasibətlərimizin ruhuna uyğun deyil və ABŞ rəhbərliyi ilə 17 oktyabrda Suriya ilə bağlı əldə edilmiş razılığa ziddir.

Vaşinqtona səfərim çərçivəsində də cənab Trampa Türkiyə - ABŞ münasibətlərinin Amerikanın öz daxili siyasi dinamikasına görə tükənməz olduğunu düşündüyümü demişəm. Bu baxımdan ABŞ konqresini əlaqələrimizin təməli ilə əalqəsi olmayan məsələləri daxili siyasət materialı etməyə son verməyə, müttəfiqlik və ortaqlıq münasibətlərimizə yaraşan şəkildə hərəkət etməyə dəvət edirik. Hakimiyyətdən gözləntimiz isə əlaqələrimzə daha da zərər verə biləcək addmıların qarşısının alınması üçün lazımi tədbirlərin bir anda görülməsidir”.

Ərdoğan erməni məsələsinə gəlincə, ABŞ-ın səlahiyyətli şəxslərinin mövzunu tam dərk etmədiklərini ifadə edib:

“Qondarma erməni soyqırımı haqqında danışanda baxırsan ki, bəziləri mövzunu bilmir. Biz Silahlı Qüvvələrimizin əlindəki 1 milyondan çox sənədi açıb “buyurun” deyirik. Tarixçilər, hüquqçular gəlib bunu araşdırsınlar. Yaxşı, Amerikada da bundan varmı? ABŞ-da sadəcə Harvardda bir miqdar bu tip sənədlərin olduğu deyilir, onlar da açsın. Bir miqdar Fransada olduğu deyilir, onlar da açsın. Ermənistanda varmı? Yoxdur. Hər kəs bu tip arxivlərini açsın. Bu arxivlər tarixçilərdən ibarət heyətlər tərəfindən yoxlanılsın. Ondan sonra lazım olarsa, biz siyasətçilər məsələyə qarışaq. Çünki bu qərar siyasətçilərin verəcəyi bir qərar deyil. Bu məsələdə ortaya heç bir sənədi qoymayanların söyləyəcək sözü yoxdur. Lakin biz sənədlərlə danışırıq. Durub qərar veriblər, bu qərarı alsanız nə olacaq ki? Bu qərarlarınız tamamilə siyasidir, hüquqa uyğun heç bir tərəfi yoxdur. Hüquqa uyğun olmayanı bizim qəbul etməyimiz onsuz da mümkün deyil”.

Türkiyə dövlət başçısı “Fərqli parlament qərarlarına hazırlıq varmı?” suala belə cavab verib:

“Niyə də olmasın?! Hər halda biz də əlimiz boş dayanmayacağıq. Açıq şəkildə deyim: Amerikada qızıldərililərlə bağlı bunu söyləməmək, danışmamaq mümkündür? Qızıldərililərin tarixi amerikalıların üz qarasıdır. Buna bənzər Afrikada yaşanan bir çox şeylər var. 60-a yaxın ölkə buna oxşar qərarlar alıb. Ruandada, Əl-Cəzirədə fransızların törətdikləri qətliamları ört-basdır etmək mümkündürmü? Bizim əlimizdə, arxivlərdə bunlara dair sənədlər var. Hamısını dünya mətbuatına açıqlayacağıq. Bu qədər qətliam və soyqırım var ikən, bizim kimi qürurlu bir tarixi olan bir xalq üçün səs çıxara bilməzlər”.

Ərdoğan Kürəcik və İncirlik hərbi bazalarının bağlanacağı yönündə yayılmış xəbərlərə də münasibət bildirib:

“İndi bunların hamısı bizim ixtiyarımızdadır. Belə bir qərar qəbul etmək məcburiyyətində qaldıqda, bunu etmək səlahiyyətimiz var. Zamanı gələndə bütün heyətlərimizlə birlikdə bağlamaq lazımdırsa, İncirliyi bağlayacağıq və lazım gələrsə, Kürəciyi də bağlayacağıq. Məsələ burasındadır ki, bizə qarşı sanksiyalar kimi tədbirlər həyata keçirilsə, qarşılıqlı surətdə cavab verəcəyik. ABŞ-ın münasibətlərimizdə düzəlməz addımlar atmaması hər iki tərəf üçün çox vacibdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR