Slimfit
  1. COĞRAFİYA

Ərdoğandan ABŞ-a: Sizə meydan oxuyuruq!

Ərdoğandan ABŞ-a: Sizə meydan oxuyuruq!
Sakura

Ərdoğandan ABŞ-a: Sizə meydan oxuyuruq!

Türkiyə Prezidenti və AK Partiya başqanı Rəcəb Tayyib Ərdoğan partiyanın Trabzon rayon rəhbərliyi ilə toplantında çıxış edərək ABŞ-a meydan oxuyub.

 

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Türkiyə xalqının iradəsini seçki qutusunda yönləndirə bilməyənlər, hər dövrdə fərqli vasitələr sınaqdan keçirdiyinə işarə edən Ərdoğan belə danışıb:

 

"Təxribatla, dövlət çevrilişi ilə edə bilmədiklərini indi valyuta ilə həyata keçirməyə çalışırlar. Buna açıq ifadə ilə iqtisadi müharibə deyirlər. Ölkəmizdə valyuta məzənnəsinin 15 İyul dövlət çevrilişə cəhddən öncə olduğu 2,8 lirə səviyyəsindən bu gün 6 lirəni keçməsinin nə iqtisadi, nə də məntiqi izahı var. Türkiyə bundan 20 il əvvəl Asiya ölkələrində baş verdiyi kimi maliyyə böhranıylamı qarşı-qarşıyadır, xeyr. Türkiyə bundan 10 il əvvəl Amerika və İngiltərədə olduğu kimimi böhranla üz-üzədir, xeyr. Türkiyə Yunanıstanın 6-7 il əvvəl olduğu kimi elan etdiyi kimi rəsmi iflaslamı üzləşib, xeyr. Buna baxmayaraq, kredit təşkilatları bax onu yenə qaldırırlar, niyə? Dedim, iqtisadi müharibə".

 

İstehsalatda, ixracatda, turizm və ticarətdə hər hansı bir gərginliyin müzakirə mövzusu olmadığına işarə edən Ərdoğan belə davam edib:

"Bəs onda qopan bu qədər fırtınanın səbəbi nədir? İqtisadi heç bir səbəb yoxdur. Bəs bu işin bir adı varmı, var. Bunun adı Türkiyəyə qarşı əməliyyat başlatmaqdır. Əməliyyatın məqsədi də ölkəmizin iqtisadiyyatını, müdafiə mexanizmlərini zərərsizləşdirərək, Türkiyənin maliyyədən başlayaraq siyasətə qədər olan bütün sahələrini təslim etməkdir, Türkiyəni, xalqı diz çökdürməkdir. Trabzondan elan edirəm, oyununuzu gördük və sizə meydan oxuyuruq. İstəyirəm bilsinlər ki, təslim olmayacağıq, istehsala davam edəcəyik. İxracatımızı artırmağa davam edəcəyik. İşimizi genişləndirməyə davam edəcəyik. Zavodlarımızın çarxlarını işlətməyə davam edəcəyik. Rekord inkişaf fazi ilə hədəflərimizə tərəf irəliləməyə davam edəcəyik. Siz dollarla üstümüzə gəlsəniz, biz də başqa yollarla işlərimizi aparmağın yollarını axtaracağıq".

 

"Kimsə qapını bağlayır, amma Mövlam başqa qapılar açır", - deyən Ərdoğan belə deyib:

 

"Qulaqları var eşitməzlər, dilləri var haqqı deməzlər. Qəlbləri möhürlüdür. Bunu biləcəyik. Bu barədə çox önəmli məsafələr keçdik. Türk milləti üzünə şillə vurana o biri üzünü çevirəcək bir xalq deyil. Biz gördüyümüz dostluq qarşısında nə qədər qədirbiləniksə, məruz qaldığımız düşmənçiliklərin cavabını artıqlaması ilə verəcək qədər də güclü millətik. 81 milyonluq bir ölkə ilə strateji tərəfdaşlığını, müttəfiqliyini terror təşkilatlarıyla əlaqələri uğrunda fəda edənə,"Xoş getdiniz!" deyirik. Mən sənin strateji ortağınam, səninlə Əfqanıstanda, Somalidə, Bosniyada birlikdə olduq. Hazırda Kabildə limanını biz qoruyuruq. Belə müştərək strateji tərəfdaşını PYD, YPG kimi terror təşkilatlarına sahib çıxaraq kənara necə qoyursan? 5 min yük maşını silahı Şimali Suriyaya daşımısan. 2 min yük təyyarəsi silah, sursat yükünü Şimali Suriyaya gətirirsən və terror təşkilatlarına paylayırsan, bunları bizə qarşı istifadə etdirirsən. Bu da kifayət etmir, terror təşkilatları ilə əlaqəsi olan bir keşişə görə 81 milyonluq Türkiyəni fəda etməyə cəhd göstərirsən. Gərək bağışlayasan, hüquqi dövlət olaraq nə lazımdırsa, onu edəcəyik.

 

Əməliyyatın məqsədi Türkiyəni maliyyə sistemindən başlayaraq siyasətə qədər olan bütün sahələrdə təslim etməkdir. Məsələnin valyuta məzənnəsi olduğunu, mühakimə edilən keşiş olduğunu, dəmir və alüminium vergisi olduğunu güman edəcək qədər bəsit düşünənlər varsa, bir an əvvəl özlərinə gəlsinlər. Bütün dünyaya ticarət müharibəsi elan edən və buna ölkəmizi də daxil edənə cavabımızı yeni bazarlara, yeni əməkdaşlıqlara, yeni ittifaqlara yönələrək veririk. Namusumuz bildiyimiz vətənimizi, azanımızı, bayrağımızı, içimizdəki xainləri, alçaqları və terrorçuları maşa olaraq istifadə edən imperialistlərə təslim olmadıq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR