Dərc edildi: Baxış sayı: 323
Ərdoğan yenə İsrailin nüvəsindən danışdı: Şikayət etmişik
İsrailin ölkələrin təhlükəsizliyinə təhdid olan atom bombasına sahib olması ilə bağlı Türkiyə BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) təşəbbüslər irəli sürəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İsrailin atom bombası var. Biz müvafiq orqanlara şikayət etmişik və bunu davam etdiririk. Bütün regionun, o cümlədən Türkiyənin təhlükəsizliyini təhdid edən bu məsələ ilə bağlı həm BMT Təhlükəsizlik Şurasında, həm də MAQATE-də təşəbbüslər göstərəcəyik”, - Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət