Slimfit
  1. DÜNYA

Ərdoğan və Putinin Soçidəki görüşü başa çatdı

Ərdoğan və Putinin Soçidəki görüşü başa çatdı
Sakura

Ərdoğan və Putinin Soçidəki görüşü başa çatdı

Soçidə Rusiya Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb. 

Rusiya Prezidentinin “Boçarov ruçey” iqamətgahında altı saatdan artıq davam edən görüşdə Suriya münaqişəsinin həlli prosesi müzakirə olunub. 

Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, danışıqlar zamanı Suriyaya dair taleyüklü məsələləri, Suriya-Türkiyə sərhədində yaranmış vəziyyəti həll etməyə imkan verən qərar qəbul olunub. Onun sözlərinə görə, Türkiyə Prezidenti Ərdoğan ölkəsinin məqsəd və vəzifələri barədə ətraflı danışıb. 

Vladimir Putin, həmçinin vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyinə əmin olan Rusiya və Türkiyə suriyalı qaçqınlara öz vətənlərinə qayıtmaqda kömək göstərəcəklər. O deyib ki, Suriyadakı separatçı əhval-ruhiyyə xaricdən qızışdırılır. 

Tərəflər, həmçinin iqtisadi sahədə əməkdaşlığı, qarşılıqlı ticarət əməliyyatlarında yerli valyutalardan istifadə edilməsi, Türkiyə ərazisində “Mir” bank kartından istifadənin genişləndirilməsi, eləcə də Türkiyənin bank və şirkətlərinin “Bank Rossii”nin maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması məsələlərini müzakirə ediblər. 

 

15:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb. 

“Anadolu” agentliyi xəbər verir ki, görüşün mətbuata açıq hissəsində danışan Putin Suriyadakı vəziyyət fonunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrin vacib olduğunu bildirib. 

“Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək”, - Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, bölgədə fərqli dinamika müşahidə edilir və Moskva bunun fərqindədir.

Putin bu görüş və məsləhətləşmələrin çox məhsuldar olacağına əminliyini ifadə edib. 

Ərdoğan öz növbəsində Putinlə görüşü Suriyada sülhü daha fəal müzakirə etmək üçün bir fürsət kimi qiymətləndirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR