Dərc edildi: Baxış sayı: 476
Ərdoğan və Putin yanvarda Rusiyada danışıqlar aparacaq
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyıb Ərdoğan və Vladimir Putin yanvarda Moskvada görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Anadolu" agentliyi məlumat yayıb.
Onun məlumatına görə, iki ölkə lideri geniş məsələlər spektrini, eləcə də, Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər.
Agentlik ötən il Ərdoğan və Putin arasında 7 şəxsi görüşün və 18 telefon danışığının olduğunu xatırladıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət