Dərc edildi: Baxış sayı: 848
Ərdoğan Trampla danışdı: Nələr müzakirə edildi? - Detallar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Rabitə Nazirliyi yayıb. Məlumata görə, liderlər ikitərəfli və regional məsələləri müzakirə edib.
Ərdoğan Trampla söhbətində Əsəd rejiminin hücumlarının qəbuledilməz olduğunu bildirib.
Həmçinin o da bildirilib ki, tərəflər Liviyada yenidən sülhün və sabitliyin vacibliyi barədə fikirlər səsləndirib.
Liderlər ikitərəfli ticarət həcminin 100 milyard dollara çatdırılması üçün danışıqların bərpa edilməsi məsələsində də həmfikir olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət