Ərdoğan Trampın məktubunu zibil qutusuna atıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampdan aldığı məktubu zibil qutusuna atıb.
"Report" xəbər verir ki, bu barədə "BBC News" Türkiyə liderinin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, dövlət başçısı məktub alıb oxuduqdan sonra, orada yazılanları qəti şəkildə rədd edib və onu zibil qutusuna atıb.
Daha əvvəl D.Trampın Türkiyənin Suriyada əməliyyatlara başladığı gün həmkarına məktub göndərdiyi məlum olmuşdu. Məktubda Trampın tvitlərinə xas olan ifadələr çoxluq təşkil edir.
“Hörmətli cənab Prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm – amma bunu bacararam”, - məktubun birinci abzasında deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət