Ərdoğan Suriya ordusunu hücumla hədələdi
Rusiya Prezidenti Vladimir Putinlə Soçidə Suriyanın İdlib bölgəsində əldə edilən razılıq Bəşər Əsəd və digərləri tərəfindən kobud surətdə pozulduğundan artıq öz qüvvəsini itirib.
“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Suriya rejiminə ultimatum verən Ərdoğan bəyan edib ki, yeni hücumlar olacağı təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə Soçidə İdliblə bağlı əldə edilən razılığı pozacaq: “O zaman Əsəd qoşunlarına qarşı genişmiqyaslı zərbələr endirəcək. Biz hər yeri atəşə tutacağıq”.
Ərdoğan İdlib səmasında uçan təyyarələr Türk ordusuna təhlükə yaradacağı təqdirdə bütün təyyarələri vuracağı ilə hədələyib: “Təyyarələr İdlibdə dinc əhalini bombardman edib, artıq bundan sonra sərəst uça bilməyəcəklər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət