Dərc edildi: Baxış sayı: 575
Ərdoğan SOCAR-la birgə investisiyaların həyata keçirilə biləcəyindən danışdı
“Türkiye Petrolleri” (TPAO) başda olmaqla bir çox şirkətimizin Azərbaycanda çox önəmli investisiyaları var”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, eləcə də Dövlət Neft Şirkəti - SOCAR başda olmaqla bir çox Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyalarından məmnundurlar:
“Sadəcə Türkiyədə deyil, lazım gəldikdə SOCAR-la “Türkiye Petrolleri”nin üçüncü ölkələrə yatırım etməsini qardaşım İlham Əliyevlə birgə müzakirə etdik. Bunun üzərində ayrıca çalışırıq və çalışacağıq”.
Nigar Məmmədova
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət