Dərc edildi: Baxış sayı: 298
Ərdoğan Roma Papası ilə Fələstindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Roma Papası Fransisk arasında telefon danışığı olub.
Ens.az Yenipress.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.
Tərəflər İsrail-Fələstin arasındakı toqquşmaları və bölgədə getdikcə ağırlaşan vəziyyəti müzakirə ediblər.
Ərdoğan İsrailin Qəzzaya heç bir müqəddəs kitabda yer almayan hücumlarının qətliam səviyyəsinə çatdığını, baş verənlərə göz yumulmasının insanlıq üçün utancverici olduğunu bildirib.
Prezident sülhün yalnız 1967-ci il sərhədlərinə uyğun şəkildə paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması ilə bərqərar edilə biləcəyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət