Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan Qərbə müharibə elan edib?

Ərdoğan Qərbə müharibə elan edib?
Sakura

Ərdoğan Qərbə müharibə elan edib?

“Angela Merkel Türkiyə ilə Yunanıstan arasında müharibənin qarşısını son anda ala bildi”

Almaniya mətbuatında anti-Türkiyə mövqeyi getdikcə güclənir

Suriyanın şimal-qərbində yerləşən İdlib şəhərində insanlar Türkiyə lirəsi ilə alış-veriş edirlər. Almaniyanın "Die Zeit" qəzeti belə yazır...

Ümumiyyətlə, Almaniya mətbuatı Türkiyə haqqında çox yazır. Rəsmi Ankaranın Liviya, İraq, Suriya kimi ölkələrdə həyata keçirdiyi hərbi əməliyyatları dönə-dönə pisləyir. Rəsmi Ankaranın öz ərazisində müvəqqəti məskunlaşmış mühacirləri Avropaya göndərməklə Brüsselli hədələməsi vurğulanır. Aralıq dənizində Türkiyə və Yunanıstan donamalarının üz-üzə gəlməsi həssaslıqla izlənilir. Almaniyanın kansleri Angela Merkel hərbi qarşıdurmadan çəkindirmək üçün hər iki ölkənin rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb. “Focus.de” saytı yazır ki, Frau Merkel Türkiyə və Yunanıstan arasında başlayacaq müharibənin qarşısını son anda ala bildi. Angela Merkel prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kiriakos Misotakis ilə bir neçə dəqiqə gec əlaqə saxlasaydı, proses nəzarətdən çıxmış olacaqdı.

“Der Tagesspiegel” qəzeti isə yüz minlərlə müsəlmanın Aya Sofya camisində namaz qılmasından yazır. Türkiyə prezidentini Aya Sofyanın kilsə kimi min illik tarixinə məhəl qoymamaqda ittiham edir. Qəzet yazır ki, Türkiyə Qərbdən üz döndərib və Aya Sofyanın camiyə çevrilməsi bu prosesin simvolu hesab oluna bilər.

Osmanlı nostalgiyasının dayanan Türkiyədə millətçilik getdikcə siyasətin təməl prinsipinə çevrilməkdədir. Artıq Türkiyənin Qərbdə müttəfiqləri yoxdur və Türkiyə bundan çox məmnundur və bununla fəxr edir.

“Der Tagesspiegel” qəzeti yazır ki, prezident Ərdoğana yaxınlığı ilə seçilən “Türkiyə” qəzeti yazır ki, Türkiyə prezidenti Aya Sofyanı camiyə çevirməklə və Aralıq dənizində (Yunansıatnın Kastellorizo adası yaxınlığında. E.H) qaz və neft quyuları qazmaq üçün konkret addımlar atmaqla Yunanıstana dalbadal iki şillə vurub. Almaniya nəşri bu kimi fikrilərin səslənməsini məqbul saymır və vurğulayır ki, Avropa Birliyi Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır və Türkiyə tərəfi gərginliyi artırmaqda davam etsə, bu sanksiyalar qaçılmaz olacaq.

Qeyd edək ki, yunanlar iddia edir ki, Türkiyə onlara aid su sərhədini pozaraq orada neft və qaz çıxarmaq üçün qazıntı işləri aparır. Almaniya bu məsələdə Yunanıstanı haqlı bilir və onları açıq şəkildə müdafiə edir.

“Die Zeit”ın başqa bir məqaləsində isə Türkiyədə qadınlara qarşı zorakılıq hallarının çoxalmasından yazır. Polis beş gün sonra Pınar Gültekinin doğranmış bədəninin parçalarını tapıb. Universitetdə təhsil alan 27 yaşlı tələbə qısqanclıq zəminində sevgilisi tərəfindən qəddarlıqla öldürülüb. Alman nəşri bildirir ki, 2015-ci ildə Türkiyədə 303 qadın öldürülüb, 2019-cu ildə isə bu göstərici 474 nəfər yüksəlib. Türkiyənin rəsmi mənbələrinə görə qadınların qətlində 50 faiz artım var.

Ancaq davamlı anti-Türkiyə təbliğatına alman xalqı o qədər də önəm vermir. Məsələn, hökumət almanların Türkiyəyə məzuniyyətə getməsinin qarşısını almaq üçün bu ölkəni koronavirusa görə təhlükəli ölkələr siyahısına daxil edib. Halbuki Türkiyə koronavirus təhlükəsizliyi reytinqində əksər Avropa ölkələrindən öndədir. Ancaq almanlar hökumətin xəbərdarlığına baxmayaraq məzuniyyətə məhz Türkiyəyə gedirlər. Almanların önəmli bir hissəsi məzuniyyətini hər il Türkiyədə keçirir. Bu məsələyə toxunan yerli “faz.net” saytı yazır ki, Axendəki Hüttenlər ailəsi Covid-19 təhlükəsinə baxmayıb. Almaniya hökumətinin Türkiyə səyahət etməyin doğura biləcəyi təhlükə xəbərdarlığına da önəm verməyib. Hətta dostlarının bütün narahatlıqlarına məhəl qoymayaraq on beşinci dəfə Antalyaya getməyə qərar veriblər. 10-cu dəfə "Suyun səsi" hotelində yer alıblar. Ralf və Birgit Hütten üç övladı və bir nəvəsi ilə dəniz mənzərəli hoteldə xurma və şam ağaclarının kölgəsindəki böyük bir hovuzda dincəliblər. Onlar deyirlər ki, biz Türkiyədə özümüz üçün hər hansı bir təhlükə görmədik.

“N-tv.de” də Türkiyənin davranışlarından narahat görünür. Sayt “Ərdoğan Qərbə müharibə elan edib” başlıqlı məqaləsində Fransa prezidenti Emmanuel Makronun bu fikrini xatırladır: “NATO-nun Türkiyə problemi var”. Bu sayt da Aya Sofyanın camiyə çevrilməsinə etiraz edir. Sayt yazır: “Türkiyə prezidenti "tarixi səhv etdi". Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas belə deyir. Xristian dünyasına edilən bu təhqirə görə Türkiyə cavab verməli olacaq".

“Derwesten.de” saytı isə son dərəcə maraqlı bir məsələyə toxunub. Sayt yazır ki, Türkiyə əsilli 59 yaşlı Ozan Ceyhun və 48 yaşlı Eyüp Odabasi Almaniya parlamentinin üzvü olublar. Almaniyalı siyasətçi kimi tanınırlar. Ancaq onlar Türkiyə prezidentinə simpatiya bəsləyirlər. Sosial şəbəkələrdə Tayyib Ərdoğan haqqında xoş sözlər yazırlar. Sayt hesab edir ki. bu, yolverilməzdir və adıçəkilən şəxsləri cəzalandırmaq lazımdır. O da vurğulanır ki, hazırda Ozan Ceyhun Türkiyənin Avstriyadakı səfiridir.

Türkiyə böyüyür və öz təsir dairəsini genişləndirmək üçün bir çox ölkələrlə, o cümlədən Avropa Birliyi, ABŞ və Rusiya ilə ciddi rəqabətə girir. Dünyanın Türkiyə ilə hesablaşması üçün Türkiyənin daha güclü olması gərəkir. Türkiyə bunun fərqindədir və hərbi gücünü artırmaq üçün daxili imkanlara üstünlük verir və olduqca müsbət nəticələr əldə edir.

Təbii ki, Türkiyənin güclənməsi Azərbaycana əlavə üstünlüklər qazandırır. Ermənistanın Tovuz rayonuna hücumu zamanı Türkiyənin göstərdiyi mövqe xüsusi sərtliyi ilə seçildi. Bu mövqe Ermənistanı, daha çox isə Rusiyanı düşünüb-daşınmağa vadar etdi.

 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR