Dərc edildi: Baxış sayı: 1137
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.
Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir.
Ərdoğan bildirib ki, həmsədrlər münaqişənin həlli üçün məhsuldar addımlar atacaq.
“Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”, - Ərdoğan əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət