Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Məlumata görə, söhbətin əsas mövzusu Fələstin-İsrail münaqişəsi olub. Danışıqlar zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.
Həmçinin, regionda humanitar ehtiyacların ödənilməsi üçün hansı təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib. Prezident Ərdoğan bildirib ki, Türkiyə bölgədə əmin-amanlığın təmin edilməsi üçün hər cür səy göstərməyə davam edəcək.
Mənbə: Haber Global
20:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edəcək.
Bu barədə Ərdoğan Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında danışıb.
Dövlət başçısı Avstriyaya terrorla mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Lakin o, eyni yanaşmanı bütövlükdən Avropadan görə bilmədiklərini qeyd edib.
“Biz region liderləri ilə son vəziyyəti müzakirə etdik. Bu gün mən Putinlə danışacağam, Quterreşlə də görüşəcəyəm. Ədalətli sülhün məğlub tərəfi yoxdur şüarı ilə bütün nüfuzlu aktorları məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”, - deyə türkiyə Prezidenti bəyan edib.
Mənbə: Haber Global
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət