Slimfit
  1. DÜNYA

Ərdoğan ona qarşı yaradılan birlikdən danışdı

Ərdoğan ona qarşı yaradılan birlikdən danışdı
Sakura

Ərdoğan ona qarşı yaradılan birlikdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Təhlükəsizlik Şurasının (MTŞ) son iclasında AKP-yə qarşı revanşa hazırlaşan Abdullah Gül, Əli Babacan və Bəşir Atalay haqqında açıqlamalar verib.

Axar.az xəbər verir ki, bu barədə AKP-dən olan adı açıqlanmayan mənbələr məlumat yayıb.

Belə ki, dövlət başçısı sözügedən şəxslərlə bağlı təəssüfünü bir daha dilə gətirib:

“Mən həmişə bu şəxsləri qorudum. İndi isə bunlar bizim birliyimzə, bərabərliyimizə hücum edirlər. Əmin olun ki, AKP-dən heç nə qopara bilməzlər. Biz öz işimizə köklənək”.

Ərdoğan keçmiş prezident Abdullah Gülə xitabən isə bunları deyib:

“Prezidentlikdən sonra partiyaya üzv belə olmadı. Mənim əsas tənqidim Abdullah bəyə yönəlikdir”.

Türk liderin sabiq baş nazir Əhməd Davudoğlu haqqında hər hansı açıqlama verməməsi diqqət çəkib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR