Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan məscidin bıçaqlı hücuma məruz qalan imamına zəng edib

Ərdoğan məscidin bıçaqlı hücuma məruz qalan imamına zəng edib
Sakura

Ərdoğan məscidin bıçaqlı hücuma məruz qalan imamına zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bıçaqlı hücuma məruz qalan İstanbulun Fateh məscidinin imamı Qalip Ustaya zəng edib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə lideri imama şəfa diləyib, tezliklə sağalıb öz xidmətinə qayıtması üçün dua edib.

O, həmçinin imamı müalicə edən həkimlərlə danışıb, xəstənin sağlıq vəziyyəti ilə maraqlanıb.

Xatırladaq ki, bıçaqlanma hadisəsi İstanbul şəhərində Fateh məscidində baş verib. Səbəb isə məscid imamının ibadət ocağında şüarlar səsləndirən şəxsə irad bildirməsi olub.

Bildirilir ki, Ö.S. adlı şəxs məsciddə şüarlar səsləndirib. Buna görə imam ona xəbərdarlıq edib və ibadət ocağından çıxmasını istəyib.

Sonradan Ö.S. məscid imamı ilə danışmaq istədiyini bildirib və onun otağına girməyə çalışıb. Bu zaman ona mane olmaq istəyən şəxsə bıçaqla xəsarət yetirib, ardınca isə imama hücum edib.

Nəticədə Fatih məscidinin imamı döş qəfəsi, bel və boğaz nahiyələrindən bıçaq yaraları alıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR