Dərc edildi: Baxış sayı: 731
Ərdoğan məni “qardaş” adlandırır, mən isə... - Lukaşenko
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məni “qardaş” adlandırır.
Axar.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Mən Ərdoğanı “dostum” adlandırıram. Türk lider mənə “qardaş” deyə müraciət edir. Biz yaxın və doğma insanlarıq. Bir-birimiz başa düşür, bütün beynəlxalq platformalarda bir-birimizi dəstəkləyirik. Bizim əməkdaşlıq üçün heç bir qapalı mövzumuz yoxdur”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət