Dərc edildi: Baxış sayı: 560
Ərdoğan: “Liviyaya qoşun göndəririk”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Liviyaya qoşun göndərdiklərini bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Ankaranın Livuiya Milli Birlik Hökumətinin rəhbəri Faiz Sarracı dəstəklədiyini bildirib.
Ərdoğan Türkiyənin bütün diplomatik və hərbi vasitələrdən istifadə edərək regionda sabitlik yaradacağını əlavə edib.
Yanvarın 19-da Türkiyə prezidenti Almaniya, Rusiya, Böyük Britaniya və İtaliya liderləri ilə Liviyadakı vəziyyəti müzakirə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət