Dərc edildi: Baxış sayı: 700
Ərdoğan koronavirusa qarşı peyvənd olunacağını istisna etməyib
“Şəxsən mənim peyvənd olunmaq məsələsində hər hansı sıxıntım yoxdur”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Burada söhbət sağlamlıqdan gedir. Təbii ki biz də sağlığımızı qorumaq üçün lazım olanı edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət