Dərc edildi: Baxış sayı: 544
Ərdoğan koronadan necə qorunur? - Açıqlama
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın yeni tip koronavirusdan necə qorunmasından danışıb.
Axar.az xəbər verir ki, PA rəsmisi Ərdoğanın izolyasiya tədbirlərinə riayət etdiyini bildirib.
“Cənab Ərdoğan bu məsələdə bizim üçün nümunədir. Sosial məsafəyə diqqət edirik. Çölə çıxarkən tibbi maska taxırıq. İnsanların kütləvi olduğu yerlərə getmirik və belə vəziyyətin yaranmasına imkan vermirik. Əllərimizi təmiz yuyuruq. Sosial izolyasiya tədbirlərinə riayət edirik. İclasların və görüşlərinin çoxunu videokonfrans şəklində keçiririk. Prezident Rəcəb Tayyib Ərdoğan da bir ölkə başçısı necə qorunmalıdırsa, elə qorunur”, - Qalın deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət